Yuxarı
    Bağlamaq

    "Sabah" Antalya toplanışına qələbə ilə başlayıb, "Qarabağ"ın oyunu ləğv edilib

    Bakı. 12 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarından ilk olaraq, debütant "Sabah" meydana çıxıb.

    "Report"un məlumatına görə, Elşad Əhmədovun baş məşqçi olduğu komanda Türkiyənin I Liqa təmsilçisi "Eskişehirspor"la üz-üzə gəlib. Belek qəsəbəsindəki "IC Santai" otelinin futbol meydanında təşkil olunmuş qarşılaşma "Sabah"ın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 68-ci dəqiqədə Emil Qasımov vurub.

    "Qarabağ"ın Rumıniya "Botoşani"si ilə nəzərdə tutulan görüşü isə ləğv olunub. Səbəb kimi Antalyada bir neçə gündür güclü yağışların yağması göstərilib.

    Qeyd edək ki, bu gün Azərbaycan Premyer Liqasının klubları Türkiyənin Antalya şəhərində yoxlama oyunlarına start verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi