Klaudio Ranyeri “Lester”in baş məşqçisi postuna dönməkdən imtina edib

Klaudio Ranyeri “Lester”in baş məşqçisi postuna dönməkdən imtina edib İtaliyalı mütəxəssis hazırda Fransanın “Nant” komandasına rəhbərlik edir
Futbol
31 Oktyabr , 2017 16:45
Klaudio Ranyeri “Lester”in baş məşqçisi postuna dönməkdən imtina edib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən “Lester”in sabiq baş məşqçisi Klaudio Ranyeri komandanın sükanı arxasına qayıdış təklifini qəbul etməyib.

“Report” “Corriere dello Sport”a istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis Kreyq Şekspirin istefaya göndərilməsindən sonra “Lester”ə dönməyi uyğun bilməyib. İtaliyalı baş məşqçinin imtinasından sonra kollektiv fransalı Klod Pyuelə həvalə olunub.

Qeyd edək ki, Klaudio Ranyeri 2015 - 2017-ci illərdə “Lester”in baş məşqçisi vəzifəsində çalışıb. Komanda 2015/2016 mövsümündə onun rəhbərliyi altında İngiltərə Premyer Liqasının qalibi olub. Lakin bu ilin fevralında Ranyeri uğursuz nəticələrlə əlaqədar postundan göndərilib və onu köməkçisi Kreyq Şekspir əvəzləyib.

İtaliyalı mütəxəssis hazırda Fransanın “Nant” komandasının baş məşqçisidir. Onun komandası Liqa 1-də 11 turdan sonra 20 xalla 5-ci pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi