İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Zinəddin Zidan postunu tərk edə bilər.
“Report” “The Independent” nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi İngiltərə təmsilçisi “Mançester Yunayted”in futbolçusu Pol Poqbanı transfer etmək istəmədiyi üçün 47 yaşlı mütəxəssisin belə bir addım atması mümkündür.
Bildirilir ki, “Real Madrid”in prezidenti Lorentino Peresin Fransa yığmasının yarımmüdafiəçisini almaq istəməməsindən sonra onunla Zidanın münasibəti pozulub.
Qeyd edək ki, Zidan 2016 – 2018-ci illərdə “Real Madrid”in baş məşqçisi kimi ardıcıl 3 dəfə Çempionlar Liqasının, 2 dəfə klublararası dünya çempionatının, UEFA Superkubokunun, La Liqa və İspaniya Superkubokunun qalibi olandan sonra öz istəyi ilə klubdan ayrılıb. O, bu ilin mayında yenidən baş məşqçi təyin olunub.