Kannavaro Çin millisinə baş məşqçi təyin olunub

Kannavaro Çin millisinə baş məşqçi təyin olunub 2006-cı ildə futbol üzrə İtaliya millisinin heyətində dünya çempionu olmuş Fabio Kannavaro Çin yığmasının baş məşqçisi təyin edilib.
Futbol
16 Mart , 2019 08:21
Kannavaro Çin millisinə baş məşqçi təyin olunub

2006-cı ildə futbol üzrə İtaliya millisinin heyətində dünya çempionu olmuş Fabio Kannavaro Çin yığmasının baş məşqçisi təyin edilib.

“Report” xəbər verir ki, bu barədə “Frans Press”ə istinadən RİA "Novosti" məlumat yayıb.

Kannavaro 2017-ci ilin noyabrından Çinin "Quançjou Everqrand" klubuna rəhbərlik edir. 45 yaşlı mütəxəssisin həm komanda, həm də klubda fəaliyyət göstərəcəyi bildirilir.

"Çin Futbol Assosiasiyası bu qərarı onun təcrübə və taktiki üslubunu, Çin oyunçuları ilə tanışlığını və digər amilləri hərtərəfi öyrəndikdən sonra qəbul edib", - deyə təşkilatın bəyanatında bildirilir.

Çin yığmasının baş məşqçi postu yanvarın sonunda italiyalı Marçello Lippi ilə müqavilə bitdikdən sonra boş qalıb. Kannavaro məhz Lippinin rəhbərliyi altında 2006-cı ildə dünya çempionu olub.

Son xəbərlər

Orphus sistemi