Yuxarı

İtaliyanın iki komandasının baş məşqçisi istefaya göndərilib

İtaliyanın iki komandasının baş məşqçisi istefaya göndərilib
Milan və Sassuolo rəhbərliyi uğursuz nəticələr səbəbindən bu addımı atıb
Vinçentso Montella

Bakı. 27 noyabr. REPORT.AZ/ Futbol üzrə İtaliya A seriyasının XIV turundan sonra iki komandada baş məşqçi istefası gerçəkləşib. 

“Report” xəbər verir ki, “Milan” və “Sassuolo” klublarının rəhbərliyi uğursuz nəticələr səbəbindən bu addımı atıblar. 

Vinçentso Montella ilə yollarını ayıran “Milan” komandanın sükanı arxasına əvəzedici heyətə rəhbərlik edən Cennaro Qattuzonu gətirib. “Sassuolo” isə Kristian Bukkinin işinə xitam verib. Yeni baş məşqçinin adına yaxın günlərdə aydınlıq gələcək. 

Kristian Bukki

Qeyd edək ki, Vinçentso Montella 2016-cı ilin yayından “Milan”ın baş məşqçisi vəzifəsində çalışırdı. “Qırmızı-qaralar” 14 turdan sonra 20 xalla 7-ci sıradadır. Kristian Bukki isə iyundan “Sassuolo”ya rəhbərlik edirdi. Onun baş məşqçisi olduğu komanda 11 xalla 16-cı pillədə qərarlaşıb.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi