Yuxarı
    Bağlamaq

    İtaliyada futbol azarkeşinə 26 il həbs cəzası verilib

    Hadisə 2014-cü ildə baş verib

    Bakı. 25 may. REPORT.AZ/ İtaliyanın "Roma" klubunun azarkeşi Daniel De Santis 26 il müddətinə azadlıqdan məhrum edilib.

    "Report"un məlumatına görə, o, 2014-cü ildə ölkənin digər klubu "Napoli" azarkeşi Çiro Espozitonu öldürməkdə ittiham olunub. 

    Həmin il mayın 3-də "Napoli" və "Fiorentina" komandaları arasında Romada keçirilən İtaliya Kubokunun finalından öncə azarkeşlər arasında insident yaşanıb. Münaqişə zəminində De Santis Espozitoya arxadan tapança ilə atəş açıb.

    Çiro Espozito 53 gün xəstəxanada qalsa da onun həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, həmin görüşdə "Napoli" "Fiorentina"nı 3:1 hesabı ilə məğlub edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi