Bakı. 25 may. REPORT.AZ/ İtaliyanın "Roma" klubunun azarkeşi Daniel De Santis 26 il müddətinə azadlıqdan məhrum edilib.
"Report"un məlumatına görə, o, 2014-cü ildə ölkənin digər klubu "Napoli" azarkeşi Çiro Espozitonu öldürməkdə ittiham olunub.
Həmin il mayın 3-də "Napoli" və "Fiorentina" komandaları arasında Romada keçirilən İtaliya Kubokunun finalından öncə azarkeşlər arasında insident yaşanıb. Münaqişə zəminində De Santis Espozitoya arxadan tapança ilə atəş açıb.
Çiro Espozito 53 gün xəstəxanada qalsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, həmin görüşdə "Napoli" "Fiorentina"nı 3:1 hesabı ilə məğlub edib.