İngiltərə Premyer Liqasının oyunları dayandırıla bilər
Futbol
- 13 mart, 2020
- 08:18
Futbol üzrə İngiltərə Premyer Liqasınının rəhbərliyi bu həftəsonu keçirilməli olan oyunları ləğv edəcək.
"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, qurum "Arsenal"ın baş məşqçisi Mikel Artetada koronavirus infeksiyası aşkarlandıqdan sonra bu variantı nəzərdən keçirməyə başlayıb.
Çempionatın oyun cədvəlindəki düzəlişlərlə bağlı yekun qərar bu gün klub nümayəndələri ilə təcili toplantıda qəbul oluna bilər.
Qeyd edək ki, Mikel Artetadan başqa, "Çelsi"nin yarımmüdafiəçisi Kallum Hadson-Odoi, "Lester"in adı açıqlanmayan 3 futbolçusunda koronavirusun simptomları aşkarlanıb. Daha əvvəl Premyer Liqanın bütün oyunlarının azarkeşsiz keçirilməsinə qərar verilib. Bu, İngiltərə futbol tarixində ilk belə hadisədir.
Son xəbərlər
21:38
Rauf Hacılı: "XI Vüqar Həşimov Memorialında çempionluğa əsas namizədlərdən biri Rauf Məmmədovdur"
Fərdi21:28
Foto
Azərbaycan boksçuları neft ölkələri arasında keçirilən Dünya Kubokunda 4 medal qazanıblar
Fərdi21:13
Orban: Avropa Rusiya ilə müharibəyə hazırlaşır
Digər ölkələr20:57
"Qobu Park-1"dəki partlayışda tüstüdən zəhərlənənlərdən birinin vəziyyəti ağırdır
Hadisə20:56
Misir XİN rəhbəri: Qəzzaya tezliklə beynəlxalq qüvvələr yerləşdirilməlidir
Digər ölkələr20:43
Foto
Türkiyə hibrid mühərriki kosmosda işə salan ilk ölkə olub
Elm və təhsil20:35
Foto
Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizə başa çatıb
Fərdi20:28
Foto
BDU-nun dosenti Eldar Kərimov vəfat edib
Elm və təhsil20:14