Hafiz Məmmədovun keçmiş klubunun futbolçusu islam dini ilə məşğul olmaqdan ötrü karyerasını başa vurub

Hafiz Məmmədovun keçmiş klubunun futbolçusu islam dini ilə məşğul olmaqdan ötrü karyerasını başa vurub O, qərarını 24 yaşında ikən qəbul edib
Futbol
20 Sentyabr , 2016 09:54
Hafiz Məmmədovun keçmiş klubunun futbolçusu islam dini ilə məşğul olmaqdan ötrü karyerasını başa vurub

Bakı. 20 sentyabr. REPORT.AZ/ İngiltərənin "Şeffild Uensdey" klubunun futbolçusu Jeremi Helan dinlə məşğul olmaqdan ötrü karyerasını başa vurub. "Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Fransanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq yarımmüdafiəçisi bu qərarı 24 yaşında qəbul edib.

Dini əqidəcə müsəlman sayılan Helan Səudiyyə Ərəbistanına yollanaraq, ibadətlə məşğul olmaq niyyətindədir.

Qeyd edək ki, Jeremi Helan 2009-cu ildə "Renn" akademiyasından "Mançester Siti" akademiyasına keçib və o vaxtdan icarə əsasında "Karlayl Yunayted", "Şrusberi" və "Vulverhempton" kimi klublarda da forma geyinib. "Şefffild Uensdey"in səhmlərinə 2 il öncə azərbaycanlı iş adamı Hafiz Məmmədov sahib çıxmaq istəsə də, anlaşma onun lazımi məbləğdə vəsaiti ödəyə bilməməsi üzündən gerçəkləşməyib. Bununla belə, klub bir müddət oyunlara "Land of Fire Azerbaijan" yazılmış forma ilə çıxıb. 

Son xəbərlər

Orphus sistemi