Bakı. 25 avqust. REPORT.AZ/ La Liqa rəhbərliyi tarixdə ilk dəfə İspaniya hüdudlarından kənarda keçiriləcək futbol matçı ilə bağlı seçim edib.
“Report” AS-a istinadən xəbər verir ki, XXI turun “Jirona” – “Barselona” oyununun ABŞ-da təşkil edilməsi planlaşdırılır. Təqvimə əsasən, görüş 2019-cu il yanvarın 27-də baş tutacaq.
Qeyd edək ki, La Liqa rəhbərliyi ilə “Relevant Sport” şirkəti arasında əldə olunmuş razılığa əsasən, İspaniya çempionatının bəzi oyunları yaxın 15 ildə ABŞ və Kanadada keçiriləcək.