"Qarabağ"ın futbolçusu Haitinin idman naziri tərəfindən mükafatlandırılıb

"Qarabağ"ın futbolçusu Haitinin idman naziri tərəfindən mükafatlandırılıb Bakı. 6 yanvar. REPORT.AZ/ Qarabağ klubunun futbolçusu Donald Gerrye daha bir mükafata layiq görülüb.
Futbol
6 Yanvar , 2019 14:36
Qarabağın futbolçusu Haitinin idman naziri tərəfindən mükafatlandırılıb

Bakı. 6 yanvar. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Donald Gerrye daha bir mükafata layiq görülüb.

"Report"un məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi vətəni Haitidə həmyerliləri Mateo Filipp KoulzRedondo El Prinsip Riçardla birgə Gənclər, İdman və Vətəndaş Hərəkatı Nazirliyi tərəfindən təltif edilib.

Çapar Koulz Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Haitiyə tarixi qızıl medal qazandırıb. Riçard isə amputasiyalı futbolçular arasında Meksikada keçirilmiş dünya çempionatının bombardiri olub. Hər üç idmançı ölkəni dünyada layiqincə təmsil etmiş səfirlər kimi mükafatlandırılıblar.

Onları əvvəlcə Haiti prezidenti Jovenel Moiz qəbul edib, daha sonra şərəflərinə təntənəli mərasim təşkil olunub. Haitili idmançılar fəxri diplomlarla mükafatlandırılıblar.

Qeyd edək ki, daha əvvəl Donald Gerrye İdman Araşdırmalar Mərkəzinin keçirdiyi sorğuda İlin əcnəbi futbolçusu nominasiyasının qalibi kimi mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi