Yuxarı

FIFA-nın Bakıdakı İcraedici Futbol Sammitində müzakirə olunmuş məsələlər müəyyənləşib

FIFA-nın Bakıdakı İcraedici Futbol Sammitində müzakirə olunmuş məsələlər müəyyənləşib
Növbəti Sammit 2018-ci ilin martında Perunun paytaxtı Limada olacaq

Bakı. 23 noyabr. REPORT.AZ/ FIFA-nın Bakıda keçirilən İcraedici Futbol Sammitində müzakirə edilən məsələlər müəyyənləşib.

“Report” ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, mərasimdə aşağı yaş qrupları və qadınlar arasında təşkil olunan yarışların gələcək perspektivləri, FİFA-nın Gələcək İnkişaf Proqramı və onun növbəti illərdə təkmilləşdirilməsi yolları, eləcə də transfer sistemi və transfer dövrü ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə həmçinin FİFA rəsmilərinin yerli federasiyalarla prioritet məsələlərlə bağlı təcrübələrin bölüşülməsi tövsiyə olunub. Növbəti Sammit 2018-ci ilin martında Perunun paytaxtı Limada olacaq. 

Qeyd edək ki, tədbirdə FIFA-nın prezidenti Canni İnfantino, FIFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FIFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edib. Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxil olub. Sammitdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Abdullayev təmsil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi