FIFA Nikaraqua yığmasının kapitanının Messiyə səs verməməsi ilə bağlı iddiasını təkzib edib

Futbol
  • 26 sentyabr, 2019
  • 09:22
FIFA Nikaraqua yığmasının kapitanının Messiyə səs verməməsi ilə bağlı iddiasını təkzib edib

FIFA Nikaraqua yığmasının kapitanı Xuan Barreranın ilin ən yaxşı futbolçusu ilə bağlı sorğuda səsinin düzgün hesablanmaması ilə bağlı iddiasını təkzib edib.

“Report” xəbər verir ki, ali futbol qurumundan TASS-a futbolçunun imzası və Nikaraqu Futbol Federasiyasının möhrü olan müvafiq sənəd təqdim olunub.

FIFA-nın “The Best” mükafatı üçün səsvermədə Barreranın ilin ən yaxşı futbolçusu kimi 1-ci yeri Lionel Messiyə, 2-ci sıranı Sadio Mane, 3-cü pilləni Kriştiuanu Ronalduya verdiyi qeyd olunub. Lakin Nikaraqua yığmasının kapitanı Messiyə səs vermədiyini açıqlayıb.

Qeyd edək ki, Messi ilin ən yaxşı futbolçusu nominasiyasında Vircil van Deyk və Kriştianu Ronaldunu qabaqlayıb.