"Fənərbağça" klubunun iki futbolçusu qəzaya düşüb

"Fənərbağça" klubunun iki futbolçusu qəzaya düşüb Hadisə komandanın məşqindən sonra baş verib
Futbol
23 Yanvar , 2016 10:19
Fənərbağça klubunun iki futbolçusu qəzaya düşüb

Bakı. 23 yanvar. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubunun futbolçuları Caner Erkin və Uyqar Mert Zeybekin olduğu avtomobil qəzaya düşüb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə futbolçuların deyil, qarşı tərəfin günahı ucbatından baş verib.

Yerli vaxtla saat 14:00-da baş tutan məşqin ardından klub bazasından ayrılan futbolçular magistral yolda hərəkətdə olarkən qəfildən başqa bir avtomobil onların qarşısında manevr edib. Nəticədə qəza baş verib.

Klubdan verilən açıqlamada futbolçuların xəsarət almadığı bildirilib.

Son xəbərlər

Orphus sistemi