Fatih Terimlə Türkiyə Futbol Federasiyası arasında məhkəmə çəkişməsi başlayıb

Fatih Terimlə Türkiyə Futbol Federasiyası arasında məhkəmə çəkişməsi başlayıb "Qalatasaray"ın yeni baş məşqçisi 3,5 milyon avro tələb edir
Futbol
26 Dekabr , 2017 14:22
Fatih Terimlə Türkiyə Futbol Federasiyası arasında məhkəmə çəkişməsi başlayıb

Bakı. 26 dekabr. REPORT.AZ/ "Qalatasaray" klubunun yeni baş məşqçisi Fatih Terimin Türkiyə Futbol Federasiyasına (TFF) qarşı qaldırdığı iddia ilə bağlı ilk məhkəmə prosesi keçirilib. "Report"un məlumatına görə, hazırlıq iclası İstanbulun 17-ci İş Məhkəməsində olub.

Terim Türkiyə yığmasında çalışdığı dövrdən ona 13 milyon lirə (3,5 milyon avro) borcun qaldığını bildirir. Məhkəmə tərəflərə dəlillərini ortaya qoymaq üçün 2018-ci il martın 7-dək vaxt verib.

Qeyd edək ki, TFF ilə Fatih Terim arasındakı müqavilə iyulun 26-da pozulub. 

Son xəbərlər

Orphus sistemi