Dmitri Nazarov: "Bütün Azərbaycanı xoşbəxt etdik"

Dmitri Nazarov: "Bütün Azərbaycanı xoşbəxt etdik" Biz böyük döyüşkənlik nümayiş etdirərək, bütün ölkəni xoşbəxt etdik. Bu pozitiv hissi özümlə klubuma gətirdim.
Futbol
12 Sentyabr , 2019 10:05
Dmitri Nazarov: Bütün Azərbaycanı xoşbəxt etdik

"Biz böyük döyüşkənlik nümayiş etdirərək, bütün ölkəni xoşbəxt etdik. Bu pozitiv hissi özümlə klubuma gətirdim".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin və Almaniyanın "Aue" klubunun futbolçusu Dmitri Nazarov Xorvatiya yığması ilə 1:1 hesablı heç-heçə etdikləri AVRO-2020-nin seçmə oyunu barədə Tag24"ə açıqlamasında deyib. 29 yaşlı yarımmüdafiəçi özünü yaxşı hiss etdiyini bildirib: "Uels və Xorvatiya yığmaları ilə qarşılaşmalarda demək olar ki, sonadək meydanda oldum. Nəticədə vacib oyun vaxtı əldə etdim".

Xorvatiya ilə oyundan sonra Nazarov gecə ilə Bakıdan Frankfurta, oradan Drezdenə təyyarə, daha sonra Aueyə maşınla yol qət edib. Ertəsi gün o, klubunun məşqinə qatılıb. Təcrübəli oyunçu sentyabrın 15-də evdə "Osnabrük"lə keçirəcəkləri II Bundesliqanın VI tur matçında meydana çıxmağı çox istədiyini vurğulayıb: "Özümü burada rahat hiss edirəm. Mənə oyun vaxtı çox istədiyim sərbəstlik verilir. Yeni baş məşqçi Dirk Şusterin komandalarına qarşı çıxış etmişəm. Fikrimcə, Şuster mənim oyun keyfiyyətlərimdən xəbərdardır".

Qeyd edək ki, Dmitri Nazarov Azərbaycan millisinin səfərdə Uelsə 1:2 hesabı ilə uduzduğu görüşdə 86 dəqiqə meydanda olub. Uelslə qarşılaşmada isə o, 90-cı dəqiqədə yerini Rəşad Eyubova verib.

Son xəbərlər

Orphus sistemi