Azərbaycan millisinin futbolçusu Almaniyada sosial reklama çəkilib - VİDEO

Azərbaycan millisinin futbolçusu Almaniyada sosial reklama çəkilib - VİDEO Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Dimitri Nazarov Almaniyada sosial reklama çəkilib.
Futbol
4 Fevral , 2019 10:53
Azərbaycan millisinin futbolçusu Almaniyada sosial reklama çəkilib - VİDEO

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Dimitri Nazarov Almaniyada sosial reklama çəkilib.

“Report” “Tag24” portalına istinadən xəbər verir ki, videoçarxda 29 yaşlı yarımmüdafiəçinin klubu “Ertsgebirge”nin təmsil etdiyi Almaniyanın Aue şəhəri təbliğ olunur. Reklamda Nazarovla yanaşı, miqrantlar - pediatr Yana Ondryaşova, aşbaz Rikardo Basjan, musiqiçi Naoşi Takahaşi və zavodda mütəxəssis kimi çalışan Leonid Kondratyev yer alıblar.

“Dünya bizimlə birgə” şüarı ilə hazırlanın reklamın məqsədi miqrantların Aueyə cəlb olunmalarıdır.

“Ertsgebirge”nin icraçı direktoru Maykl Foyqt bildirib ki, cəmiyyətə faydalı olan insanların milliyətinin önəmi yoxdur: “Əcnəbiləri uzun illərdir klubumuza cəlb edirik. Hətta komandanın həkimi Çexiyadandır. Kimsə cəmiyyətə faydalıdırsa, onun milliyətinin önəmi yoxdur”.

Qeyd edək ki, Dmitri Nazarov 4 aprel 1990-cı ildə Qazaxıstanda doğulub. Azərbaycan əsilli futbolçu 1 yaşında ailəsi ilə birgə Almaniyaya köçüb.

Son xəbərlər

Orphus sistemi