UEFA Çempionlar Liqasını (ÇL) "dördlər finalı" formatında Almaniyada keçirə bilər.
"Report" "Sky Sports İtalia"ya istinadən xəbər verir ki, daha öncə Türkiyədə keçirilməsi planlaşdırılan oyunlar Almaniyada olacaq.
Avropa futbol qurumu 1/8 final mərhələsinin cavab oyunlarını 7-8 avqustda təşkil etməyi planlaşdırır. 1/4 final matçlarının isə 13-14 avqustda bir oyundan ibarət olacağı gözlənilir.
UEFA-nın daha öncə ÇL-də yarımfinal və final mərhələsini "dördlər finalı" formatında Türkiyənin İstanbul şəhərində keçirməyi planlaşdırdığı yazılıb.
Qeyd edək ki, UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb. İcraiyyə Komitəsi iyunun 17-də turnirlərlə bağlı qərarını verəcək.
Çempionlar Liqasının finalı İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilməlidir.