Yuxarı

"Çelsi" komandası Bakıya gəlib - FOTO - VİDEO

"Çelsi" komandası Bakıya gəlib

UEFA Avropa Liqasının final matçında "Arsenal"la üz-üzə gələcək İngiltərənin "Çelsi" komandası Bakıya gəlib.

"Report"un məlumatına görə, "zadəganlar"ı Londondan Bakıya gətirən təyyarə az öncə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Komanda üzvləri çarter reysli təyyarədən endikdən sonra birbaşa onları gözləyən avtobusa yönəliblər. Daha sonra onlar qalacaqları otelə üz tutublar. "Çelsi" bu gün saat 21:00-da Bakı Olimpiya Stadionunda məşqə çıxacaq. Məşqdən 45 dəqiqə əvvəl baş məşqçi Mauritsio Sarri və 2 futbolçunun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Oyun isə mayın 29-da keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi