"Çelsi" komandası Bakıya gəlib - FOTO - VİDEO

"Çelsi" komandası Bakıya gəlib - FOTO - VİDEO UEFA Avropa Liqasının final matçında Arsenalla üz-üzə gələcək İngiltərənin Çelsi komandası Bakıya gəlib.
Futbol
28 May , 2019 00:42
Çelsi komandası Bakıya gəlib - FOTO - VİDEO

UEFA Avropa Liqasının final matçında "Arsenal"la üz-üzə gələcək İngiltərənin "Çelsi" komandası Bakıya gəlib.

"Report"un məlumatına görə, "zadəganlar"ı Londondan Bakıya gətirən təyyarə az öncə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Komanda üzvləri çarter reysli təyyarədən endikdən sonra birbaşa onları gözləyən avtobusa yönəliblər. Daha sonra onlar qalacaqları otelə üz tutublar. "Çelsi" bu gün saat 21:00-da Bakı Olimpiya Stadionunda məşqə çıxacaq. Məşqdən 45 dəqiqə əvvəl baş məşqçi Mauritsio Sarri və 2 futbolçunun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Oyun isə mayın 29-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi