"Çelsi" klubuna yeni baş məşqçi təyin olunub - RƏSMİ

"Çelsi" klubuna yeni baş məşqçi təyin olunub - RƏSMİ Bakı. 14 iyul. REPORT.AZ/ İngiltərənin Çelsi futbol komandasına yeni baş məşqçi təyin olunub.
Futbol
14 İyul , 2018 12:13
Çelsi klubuna yeni baş məşqçi təyin olunub - RƏSMİ

Bakı. 14 iyul. REPORT.AZ/ İngiltərənin "Çelsi" futbol komandasına yeni baş məşqçi təyin olunub. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifə Mauritsio Sarriyə həvalə olunub.

İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 59 yaşlı baş məşqçi həmyerlisi Antonio Konteni əvəzləyib. 

Qeyd edək ki, Maurisio Sarri bu təyinatadək 3 il ərzində İtaliyanın "Napoli" klubunda çalışıb. Onun rəhbərliyi altında Napoli komandası ardıcıl iki mövsüm A Seriyasının gümüş və bürünc medallarını qazanıb, Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Sarri 2017-ci ildə İtaliya çempionatının ən yaxşı baş məşqçisi seçilib. 

Son xəbərlər

Orphus sistemi