Yuxarı
    Bağlamaq

    Bu gün "Qarabağ" və "Qəbələ" Avropa Liqasında mübarizəyə qoşulur

    Klublardan biri Bakıda, digəri isə səfərdə oynayacaq

    Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın iki klubu - "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.

    "Report" xəbər verir ki, yaşıl meydanlara ilk olaraq "Qarabağ" çıxacaq.

    Ağdam klubu Avropa Liqasının qrup mərhələsində ardıcıl 3-cü mövsümünün startını edəcək.

    Qurban Qurbanovun komandası Çexiyanın "Slovan" klubunu qəbul edəcək.

    Matç əvvəlcədən nəzərdə tutulduğu kimi Tofiq Bəhramov adına Respublika stadionunda yox, "Dalğa Arena"da keçiriləcək. Ağdam klubunun qarşılaşması "Qəbələ"nin matçından əvvəl başladığından, bu, cari mövsümdə qrupda açılış matçımız olacaq.

    "Qarabağ"ın heyətlə bağlı əsas problemi mərkəz müdafiəçisi Bədavi Hüseynovun zədə üzündən heyətdən kənarda qalmasıdır. Rəqibdə də əsas mərkəz müdafiəçilərindən biri - kapitan Lukaş Pokornı həmin səbəbdən meydana çıxa bilməyəcək.

    Roman Qriqorçukun komandasına gəldikdə isə o, Belçikada yerli "Anderlext"in qonağı olacaq. Brüsseldəki matç Bakı vaxtilə saat 21:00-da başlayacaq.

    "Qırmızı-qaralar" ötən mövsüm qrup mərhələsində debüt edib və 2 xalla sonuncu yeri tutub.

    Avropa Liqası, I tur

    15 sentyabr

    19:00. "Qarabağ" (Azərbaycan) - "Slovan" (Çexiya)

    Baş hakim: Stefan Klossner

    Yan xətt hakimləri: Raffael Zeder, Con-İves Uiçt

    Əlavə hakim-köməkçiləri: Alan Byeri, Saşa Amhof

    Dördüncü hakim: Yohannes Vogel

    Hakim-inspektor Vladimir Antonov (Moldova)

    UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)

    Bakı. "Dalğa Arena" stadionu

    21:00. "Anderlext" (Belçika) - "Qəbələ" (Azərbaycan)

    Baş hakim: Harald Laxter

    Yan xətt hakimləri: Maksimilan Kolbits, Andreas Neydenreys

    Əlavə hakim-köməkçiləri: Markus Hameter, Aleksander Harkam

    Dördüncü hakim: Andreas Staudinger (hamısı Avstriya)

    Hakim-inspektor Lusiano Luçi (İtaliya)

    UEFA nümayəndəsi Emil Ubias (Çexiya)

    Brüssel. "Konstant van den Stok" stadionu

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi