Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə üzvlərin seçkisində səs verib - YENİLƏNİB

Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə üzvlərin seçkisində səs verib - YENİLƏNİB Onun daha bir rəqibi namizədliyini geri götürüb
Futbol
5 Aprel , 2017 13:35
Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə üzvlərin seçkisində səs verib - YENİLƏNİB

Bakı. 5 aprel. REPORT.AZ/ Finlandiyanın paytaxtı Helsinkidə keçirilən UEFA-nın 41-ci Növbəti Konqresində İcraiyyə Komitəsi üzvlüyünə səsvermə başlayıb.

"Report"un məlumatına görə, seçkiyə qatılan 12 namizəddən Kayrat Boranbayev tədbir zamanı İK üzvlüyünə namizədliyini geri götürdüyünü açıqlayıb. Bundan sonra UEFA-ya üzv olan 55 milli assosiasiya 11 namizəd arasında gizli səsvermə yolu ilə seçimlərini ediblər. Həmin namizədlər bunlardır: Zbiqnev Bonek (Polşa), Con Delani (İrlandiya), Armand Duka (Albaniya), Devid Gill (İngiltərə), Raynhard Qrindel (Almaniya), Karl-Erik Nilsson (İsveç), Kiran O Konnor (Uels), Miçele Uva (İtaliya), Mixael van Praaq (Hollandiya) və Servet Yardımcı (Türkiyə).

AFFA-nı səsvermədə E.Məmmədovun özü təmsil edib. 

*** 09:54. Bu gün Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə üzv seçilə bilər

Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA-nın 41-ci Növbəti Konqresi keçiriləcək. “Report”un məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə qurumun İcraiyyə Komitəsinə seçkilər də olacaq.

Kipr Futbol Assosiasiyasının fəxri prezidenti Marios Lefkaritisin namizədiyini geri götürməsindən sonra 8 yer uğurunda 12 namizəd mübarizə aparacaq ki, onların arasında AFFA-nın baş katibi Elxan Məmmədov da var. Zbiqnev Bonek (Polşa), Kayrat Boranbayev (Qazaxıstan), Con Delani (İrlandiya), Armand Duka (Albaniya), Devid Gill (İngiltərə), Raynhard Qrindel (Almaniya), Karl-Erik Nilsson (İsveç), Kiran O Konnor (Uels), Miçele Uva (İtaliya), Mixael van Praaq (Hollandiya) və Servet Yardımcı (Türkiyə) onun rəqibləri olacaq. E.Məmmədov seçilsə, UEFA-da yüksək post tutan ilk azərbaycanlı olacaq.  

UEFA-ya üzv olan 55 milli assosiasiyanı nümayəndələrinin iştirak edəcəyi konqressin gündəliyində İcraiyyə Komitəsinə növbəti 4 il müddətinə yeni üzvlərin seçilməsi ilə yanaşı, FİFA Şurasına Avropadan növbəti 4 il müddətinə 4 nəfər, 2 illik müddətinə isə 1 nəfərin seçkisi də var. Deyan Saviçeviç (Çernaqoriya), Kostakis Kutsokuminis (Kipr) və Şandor Çanyi (Macarıstan) 4 il müddətinə namizədliyini irəli sürüb. Daha bir yer üçün seçki isə sentyabrda Növbədənkənar Konqresdə keçiriləcək. 2 il müddətinə seçkidə isə Almaniya Futbol İttifaqının sabiq prezidenti Volfanq Nirsbaxı onun sələfi Raynxard Qrindelin əvəzləyəcəyi gözlənilir.

Həmçinin toplantıda UEFA prezidenti Aleksander Çeferin və İcraiyyə Komitəsinin hesabatları dinləniləcək.

Qeyd edək ki, İcraiyyə Komitəsi UEFA-nın ali operativ idarəetmə orqanı sayılır. Bura qurumun prezidenti Aleksandr Çeverin, 5 vitse-prezident - Anxel Mariya Vilyar (İspaniya), Marios Lefkaritis (Kipr), Cankralo Abete (İtaliya), Qriqori Surkis (Rusiya), Mixael van Praq (Hollandiya), eləcə də 10 sıravi üzv daxildir. 

Son xəbərlər

Orphus sistemi