Yuxarı

Bolqarıstanda Hakimlər Komitəsinin sədri hədələnib

Bolqarıstanda Hakimlər Komitəsinin sədri hədələnib
Sabiq referi qaranlıqda tək gəzməməsi barədə xəbərdarlıq aldığını bildirib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bolqarıstan Futbol İttifaqı Hakimlər Komitəsinin sədri Petar Petrov hədələnib. "Report"un məlumatına görə, bu barədə P.Petrovun özü açıqlama verib.

O, polisdən şəxsi təhlükəsizliyinin gücləndirilməsini xahiş edib. Sabiq referi qaranlıqda tək gəzməməsi barədə xəbərdarlıq aldığını bildirib.

Son illər Bolqarıstan çempionatı korrupsiya ittihamları ilə gündəmə gəlib. Ölkə hakimləri "Lüdoqorets"i dəstəkləməkdə günahlandırılırlar. 35 min nəfər əhaliyə malik Razqrad şəhərini təmsil edən komanda son 6 ildə çempion olub. Bu klubun rəqiblərinə, xüsusən, Sofiya MOİK-inə azarkeşlərinin təhqiredici şüarları və bannerləri səbəbindən dəfələrlə cərimələr kəsilib.

Qeyd edək ki, "Lüdoqorets" hazırda Bolqarıstanı Avropa Liqasının qrup mərhələsində təmsil edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi