Bolqarıstanda Hakimlər Komitəsinin sədri hədələnib

Bolqarıstanda Hakimlər Komitəsinin sədri hədələnib Sabiq referi qaranlıqda tək gəzməməsi barədə xəbərdarlıq aldığını bildirib
Futbol
30 Sentyabr , 2017 10:25
Bolqarıstanda Hakimlər Komitəsinin sədri hədələnib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bolqarıstan Futbol İttifaqı Hakimlər Komitəsinin sədri Petar Petrov hədələnib. "Report"un məlumatına görə, bu barədə P.Petrovun özü açıqlama verib.

O, polisdən şəxsi təhlükəsizliyinin gücləndirilməsini xahiş edib. Sabiq referi qaranlıqda tək gəzməməsi barədə xəbərdarlıq aldığını bildirib.

Son illər Bolqarıstan çempionatı korrupsiya ittihamları ilə gündəmə gəlib. Ölkə hakimləri "Lüdoqorets"i dəstəkləməkdə günahlandırılırlar. 35 min nəfər əhaliyə malik Razqrad şəhərini təmsil edən komanda son 6 ildə çempion olub. Bu klubun rəqiblərinə, xüsusən, Sofiya MOİK-inə azarkeşlərinin təhqiredici şüarları və bannerləri səbəbindən dəfələrlə cərimələr kəsilib.

Qeyd edək ki, "Lüdoqorets" hazırda Bolqarıstanı Avropa Liqasının qrup mərhələsində təmsil edir. 

Son xəbərlər

Orphus sistemi