Yuxarı

Berti Foqts Bakıya gələcək

Berti Foqts Bakıya gələcək
Azərbaycan yığmasının sabiq baş məşqçisi Almaniya ilə oyunda ekspert olacaq

Bakı. 4 mart. REPORT. AZ/ Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Bakıya gələcək. "Report"un məlumatına görə, 71 yaşlı mütəxəssis martın 26-da Azərbaycan və Almaniya yığmaları arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçında qonaq olacaq.

O, oyunu canlı yayımlayacaq RTL telekanalında Bundestimin keçmiş qapıçısı Yens Lemann ilə birgə ekspert kimi çıxış edəcək. Saat 20:00-da başlanacaq görüşü Almaniya televiziyası üçün Marko Hageman şərh edəcək.

Qeyd edək ki, Berti Foqts 1990 - 1998-ci illərdə Almaniya, 2008 - 2014-cü illərdə Azərbaycan millilərinin baş məşqçisi olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi