Belarus çempionatında daha 2 oyun koronavirusa görə təxirə salındı
Futbol
- 11 may, 2020
- 15:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Belarus çempionatının IX turunun "Minsk" - "Neman" oyunu təxirə salınıb.
"Report"un yerli federasiyanın rəsmi saytına istinadən məlumatına görə, qərar paytaxt təmsilçisinin oyunçularının koronavirusa yoluxma şübhəsi səbəbindən qəbul olunub.
Futbolçulardan birində virusun simptomlarının olduğu bildirilib. Qarşılaşma mayın 15-də keçirilməli idi.
Həmçinin mayın 16-na nəzərdə tutulan I liqanın V turunun "Arsenal" (Dzerjinsk) - "Lokomotiv" (Qomel) görüşü də eyni səbəbdən keçirilməyəcək.
Daha əvvəl aşağı dəstənin IV turunda "Qomel" - "Arsenal" görüşü koronavirusa görə təxirə salınıb.
Qeyd edək ki, pandemiyaya baxmayaraq, Belarus hazırda çempionatı davam edən yeganə Avropa ölkəsidir.
Son xəbərlər
11:36
Makron süni intellektlə bağlı Müdafiə və Mili Təhlükəsizlik Şurasının iclasını keçirəcək
Digər ölkələr
11:27
"Sabah" - "Slaviya" oyununda antirekord qeydə alınıb
Futbol
11:25
Elnur Əliyev: "18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb"
Biznes
11:21
"Azərbaycan Biznesinin İnkişafı Fondu" 8 ayda 223 milyon manat güzəştli kredit ayırıb
Biznes
11:14
AAYDA: Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb
İnfrastruktur
11:14
Foto
İğdırda Azərbaycan İncəsənət Həftəsi keçirilib
Mədəniyyət siyasəti
11:06
Azər Əmiraslanov: "Rəqabət mühitində dövlət dəstəyi şirkətləri daha məsuliyyətli edir"
İnfrastruktur
11:03
Səfir: "Baku Build" sərgisində 46 İtaliya şirkəti iştirak edir"
İnfrastruktur
11:01
"Sabah"ın futbolçusu Coy-Lens Mikels: "Slaviya" ilə matçın ən yaxşısı seçilmək mənim üçün çox özəldir"
Futbol