"Sabah"ın baş məşqçisi: " Qarabağ"la matçlar çox çətin olur" - YENİLƏNİB

"Sabah"ın baş məşqçisi: " Qarabağ"la matçlar çox çətin olur" - YENİLƏNİB Bakı. 23 fevral. REPORT.AZ/ Qarabağla oyunlar həmişə maraqlı olur. Sürətli və maraqlı qarşılaşma alındı. Yaxşı oynadığımızı deyə bilmirəm. Azlıqda qalsaq da, mübarizə apardıq.
Futbol
23 Fevral , 2019 22:39
Sabahın baş məşqçisi:  Qarabağla matçlar çox çətin olur - YENİLƏNİB

Bakı. 23 fevral. REPORT.AZ/ "Qarabağ"la oyunlar həmişə maraqlı olur. Sürətli və maraqlı qarşılaşma alındı. Yaxşı oynadığımızı deyə bilmirəm. Azlıqda qalsaq da, mübarizə apardıq".

"Report" xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XVIII turunda evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis 12 il "Qarabağ"ın uğurları üçün çalışdığını xatırladıb: "Məndən çox o kluba azarkeşlik edən olmaz. Futbolçular üçün "Qarabağ"la oyun böyük stimuldur. Bu komanda ilə matçlar çox çətin olur".

Əhmədov Cavid İmamverdiyevin ilk dəqiqələrdən meydanda olmamasına da toxunub: "Cavid az məşq edib. Son dörd günün ikisində məşqə qatılmayıb. Səhhəti yaxşı deyildi. Qızdırması var idi".

"Yaxşı və maraqlı oyun alındı. Qələbə qazanmağı çox istəyirdik. Qol epizodları olsa da, istifadə edə bilmədik. 1 xal qazandıq və 2 xal itirdik. Bu cür itkilərin olacağını əvvəlcədən demişdim".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis qış fasiləsindən sonrakı 4 matçda komandasının çıxışını belə dəyərləndirib: "Oyunumuzun daha yaxşı, hər bir futbolçumuzun isə yüksək səviyyədə oynamasını istəyirəm. Fasilədən sonrakı 4 oyunda 12 xal qazanmaq istəyirdik. Razı qaldığım və qalmadığım məqamlar var".

"Qarabağ" bu nəticədən sonra "Neftçi" ilə xallarını bərabərləşdirmələrinə rəğmən, 1-ci pilləyə yüksələ bilməyib. Qurbanov çempionluq yolunda əsas rəqiblərinin yox, yalnız öz oyunlarını düşündüklərini diqqətə çatdırıb: "Biz ilk növbədə, öz oyunlarımızı qələbə ilə başa vurmaq istəyirik".

Baş məşqçi Araz Abdullayevin əvəzedici heyətə göndərməsindən və əvəzetmələrdən tam yararlanmamasından da söz açıb: "Arazın çıxışından bir qədər narazı idim. Onu dünən əvəzedici heyətə göndərdim. Əvəzetmələrə gəldikdə, hücumu gücləndirə biləcək iki futbolçu var idi. Onlardan Abdullah Zubir zədəli idi. Oyunun bitməsinə 10 dəqiqə qalmış qapımızda qol gördük. Matç da istədiyimiz kimi gedirdi. Bu səbəbdən əvəzləmə etmədim".

Qurbanov hazırda "Sabah"ın heyətində çıxış edən Coşqun Diniyevin keçmiş komandası "Qarabağ"a qarşı xüsusi motivasiya ilə çıxış etməsini isə normal sayıb: "İstənilən futbolçu keçmiş komandasına qarşı motivasiya ilə hazırlaşır".

Qeyd edək ki, Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyununda “Sabah” “Qarabağ”ı qəbul edib. 

Son xəbərlər

Orphus sistemi