"Qarabağ" "Sabah"la oyunda xal itirib

"Qarabağ" "Sabah"la oyunda xal itirib Bakı. 23 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
Futbol
23 Fevral , 2019 18:33
Qarabağ Sabahla oyunda xal itirib

Bakı. 23 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

“Report” xəbər verir ki, günün ikinci matçında çempionatın debütantı “Sabah” “Qarabağ”ı qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Görüşdə ilk qol 19-cu dəqiqəyə təsadüf edib. “Qarabağ”ın heyətində Reynaldo Silva cərimə zərbəsini dəqiq yerinə yetirib. 72-ci dəqiqdə isə Ağdam təmsilçisinin müdafiəçisi Bədavi Hüseynov avtoqol müəllifi olub. 77-ci dəqiqədə meydan sahiblərinin heyətində Erik Ramos ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 38-ə çatdıran “Qarabağ” bir günlük də olsa, lider “Neftçi” ilə xallarını bərabərləşdirib. “Sabah” isə 21 xalla beşincidir.

Qeyd edək ki, günün digər oyununda “Qəbələ” evdə “Keşlə” ilə heç-heçə edib. Tura sabah keçiriləcək “Neftçi” – “Səbail”“Sumqayıt” – “Zirə” oyunları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi