Yuxarı
    Bağlamaq

    ​"Barselona" 7 ildən sonra ilk dəfə böyük hesabla məğlub olub

    Klub  La Liqanın turnir cədvəlində liderliyi əldən verərək 5-ci pilləyə yuvarlanıb

    Bakı. 24 sentyabr. REPORT.AZ/ Ötən gecə İspaniya La Liqasının 5-ci turu çərçivəsində səfərdə "Selta" ilə qarşılaşan "Barselona" 7 ildən sonra ilk dəfə böyük hesablı məğlubiyyətlə üzləşib

    "Report"un məlumatına görə, sonuncu dəfə 2008-ci ildə ölkə çempionatında "Real"la görüşdə 3 top fərqi ilə məğlub olan Kataloniya klubu yenə eyni hesabla uduzub - 4:1.

    "Barselona" 57 il əvvəl də (1968-ci ildə) "Selta"ya 3 top fərqi ilə yenilmişdi.

    Qeyd edək ki, bu məğlubiyyətdən sonra "Barselona" 12 xalla İspaniya La Liqasının turnir cədvəlində liderliyi əldən verərək 5-ci pilləyə yuvarlanıb. Zirvədə isə 13 xalla Madrid "Real"ı qərarlaşır. "Kral klubu" ilə eyni xala malik olan "Selta" və "Vilyareal" isə 2-3-cü sıraları tutur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi