Yuxarı
    Bağlamaq

    Bakı Olimpiya Stadionunda keçiriləcək növbəti futbol matçı müəyyənləşib - ƏLAVƏ OLUNUB

    Azərbaycan millisinin növbəti ev oyunu da bu arenada olacaq

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan və Moldovanın futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu barədə "Report"a stadionun direktoru Cavid Qarayev məlumat verib.

    Onun sözlərinə görə, noyabrın 17-də təşkil olunacaq qarşılaşma saat 21:00-da başlanacaq. C.Qarayev oyuna hazırlıq işlərinə oktyabrın 27-dən start verəcəklərini açıqlayıb. 

    Qeyd edək ki, bu, Bakı Olimpiya Stadionunda keçiriləcək ikinci futbol matçı olacaq. 69 min tamaşaçı tutumuna malik arenada ilk qarşılaşma oktyabrın 10-da Azərbaycan və İtaliya milliləri arasında AVRO-2016-nın seçmə qrup matçına təsadüf edib. Həmin görüşdə qonaqlar qalib gəlib - 3:1.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi