Bakı. 22 fevral. REPORT.AZ/ 2009-cu ilin yanvarında AFFA-nın yaratdığı futbolla məşğul olanların – qeydiyyat sistemində qeydiyyata alınanların sayı 90 min nəfərə çatıb. "Report"un məlumatına görə, futbol ailəsinin həmin üzvü “Coca-Cola Məktəbli Kuboku”nda çıxış edən Səbuhi Məhəbbət oğlu Abuzərovdur.
O, Hacıqabul rayon 7 saylı orta məktəbin 6-cı sinif şagirdidir.
Qeyd edək ki, müvafiq sistemdə futbolçular, məşqçilər və digər texniki işçilər qeydiyyatdan keçib.