Azərbaycanda futbol ailəsinin 90000-ci üzvü açıqlanıb

Azərbaycanda futbol ailəsinin 90000-ci üzvü açıqlanıb Bu, 6-cı sinif şagirdi Səbuhi Abuzərovdur
Futbol
22 Fevral , 2016 16:06
Azərbaycanda futbol ailəsinin 90000-ci üzvü açıqlanıb

Bakı. 22 fevral. REPORT.AZ/ 2009-cu ilin yanvarında AFFA-nın yaratdığı futbolla məşğul olanların  – qeydiyyat sistemində qeydiyyata alınanların sayı 90 min nəfərə çatıb. "Report"un məlumatına görə, futbol ailəsinin həmin üzvü “Coca-Cola Məktəbli Kuboku”nda çıxış edən Səbuhi Məhəbbət oğlu Abuzərovdur.

O, Hacıqabul rayon 7 saylı orta məktəbin 6-cı sinif şagirdidir. 

Qeyd edək ki, müvafiq sistemdə futbolçular, məşqçilər və digər texniki işçilər qeydiyyatdan keçib. 

Son xəbərlər

Orphus sistemi