Yuxarı

Bu gün Azərbaycan ​Premyer Liqasında XX tura start veriləcək

İlk oyun günündə 2 oyun keçiriləcək

Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turuna start veriləcək. "Report"un məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Yubiley turunun açılış oyunu Qəbələdə keçiriləcək. Burada yerli "Qəbələ" AZAL-la qarşılaşacaq. Cari mövsümdə rəqiblər 2 dəfə üz-üzə gəlib və bir oyunda "təyyarəçilər" qələbə qazanıb - 2:1. Digər qaşrılaşmada isə 3:3 hesablı heç-heçə qeydə alınıb. Ötən turu isə hər iki komanda qələbə ilə başa vurub. "Qəbələ" səfərdə "Bakı"nı 2:0, AZAL evdə "Neftçi"ni 2:1 hesabı ilə yenib. 

Günün digər oyununda isə Bakının "Neftçi" klubu Zaqatala "Simurq"unu qəbul edəcək. İki komanda arasında mövsümün ilk oyununda "Neftçi" 2:1 hesablı qələbə qazansa da, əyalət təmsilçisi Zaqatalada baş tutmuş görüşdə aktivinə 3 xal yazdırmağı bacarıb - 1:0.

6 fevral (cümə)

14:00. "Qəbələ" – AZAL (Bakı)

Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Azər Əsgərov

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qəbələ. Qəbələ şəhər stadionu.

16:00. "Neftçi" – "Simurq" (Zaqatala)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Ramil Diniyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Məlik Həsənov

Bakı. "Bakcell Arena".

Qeyd edək ki, tura fevralın 7-də "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Bakı"nı sınağa çəkəcək. Tura "Xəzər Lənkəran" - "İnter" maçtı ilə yekun vurulacaq.

NKlublarOQHMT-FX
1Qarabağ16104229-1734
2İnter1779126-730
3Neftçi1675420-1426
4Simurq1773727-2224
5Qəbələ1757521-2422
6Xəzər Lənkəran1755722-2220
7AZAL1655620-2620
8Sumqayıt1744919-2716
9Bakı17241113-3810

Bombardir: Nurlan Novruzov ("Bakı") - 9 qol. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi