Bakı. 11 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun rəmzi komandası müəyyənləşib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, rəmzi komandada "Neftçi" və "Zirə"dən 3, "Qəbələ" və "Səbail"dən 2, "Sumqayıt"dan isə 1 futbolçu yer alıb.
"Neftçi"dən qapıçı Səlahət Ağayev IV, müdafiəçisi Emin Mahmudov isə II dəfə rəmzi rəmzi komandada yer alıb. "Qəbələ"dən Ceyms Adeniyi və "Sumqayıt"dan Şəhriyar Əliyev iki dəfə həftənin komandasına seçilib. Digər oyunçular isə ilk dəfə "11-liy"ə düşüblər.
Qapıçı: Səlahət Ağayev
Müdaiəçilər: Miloş Radivoyeviç ("Zirə"), Voislav Stankoviç ("Qəbələ"), Şəhriyar Əliyev ("Sumqayıt", İlkin Qırtımov ("Zirə)
Yarımmdüfiəçilər: Sadio Tounkara ("Zirə"), Emin Mahmudov ("Neftçi"), Soni Mustivar ("Neftçi"), Fəhmin Muradbəyli ("Səbail")
Hücumçular: Ceyms Adeniyi ("Qəbələ"), Ruslan Qurbanov ("Səbail")
Qeyd edək ki, rəmzi komanda “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.