Yuxarı

Azərbaycan Premyer Liqasında 23-cü start veriləcək

Tura İnter - Qarabağ oyunu ilə yekun vurulacaq

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turunun oyunları keçiriləcək. "Report"un məlumatına görə, turun bütün oyunları bir gündə baş tutacaq.

Oyunlardan 3-ü Bakıda, 2-si isə bölgədə keçiriləcək.

Tura Gəncədə baş tutacaq "Kəpəz" - "Sumqayıt" oyunu ilə start veriləcək. Komandaların son iki oyununda qapılara 4 qol vurulub. Rəqiblərin əvvəlki oyunlarında meydan sahibi olan tərəf məğlub olmayıb. Üstəlik, "Kəpəz" ardıcıl iki ev matçında qələbə qazanıb. Gəncə şəhər stadionunda baş tutacaq qarşılaşmada "sarı-göylər" qələbə qazanacağı təqdirdə, turnir cədvəlində bir pillə irəliləyərək 4-cü olacaq. "Sumqayıt" isə səfərdə əldə olunacaq 3 xal sayəsində ən yaxın qonşusu AZAL-la fərqi 2-yə endirəcək.

"Zirə" - "Neftçi" və AZAL - "Rəvan" oyunu isə saat 15:00-da başlayacaq. "AZAL Arena"da keçiriləcək oyunun statiskisa nəzər saldıqda, qonaq komandaların son 4 oyunda rəqib qapısına qol vurmadığı görünür. "Təyyarəçilər" evdə qələbə qazanarsa, "Neftçi" ilə xal fərqini 2-yə endirəcək. "Rəvan" isə sonuncu pillədən xilas olmaq üçün xal itirməməlidir. Bir neçə qələbə "Rəvan"ı autsayder pilləsindən xilas edə bilər. "Zirə" evdə "Neftçi" ilə üz-üzə gələcək. Bu qarşılaşma hər iki komanda üçün böyük əhəmiyyətə malikdir. Premyer Liqada birinci il çıxış edən Adil Şükürovun rəhbərlik etdiyi komanda qələbə sayəsində lider "Qarabağ"la xal fərqini azaldacaq. Nəticədə fərq 3-ə enəcək. "Neftçi" isə mükafatçılar sırasına düşmək, avrokuboka vəsiqə qazanmaq üçün mütlə qələbə qazanmalıdır. Belə olan halda "ağ-qaralar" 5-ci pilləyə yüksələcək.

İki bölgə klubu Qəbələdə münasibətlərinə aydınlıq gətirəcək. Cari mövsüm heç də ürək açan çıxış etməyən "Qəbələ" "Xəzər Lənkəran"la qaşrılaşacaq. Cütlüyün son 4 qarşılaşmasında "Qəbələ" qalib gəlib. "Xəzər Lənkəran" 3 oyundur qol vura bilmir və Qəbələdəki son 6 görüşdə ən azı 2 qol qeydə alınıb. Ötən mövsüm uğurlu çıxış edərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qəbələ" bunu təkrarlamaq üçün yoluna qələbə ilə davam etməlidir. "Qırmızı-qaralar" 3 xallla 3-cü pillədəki mövqeyini möhkəmləndirmiş olacaq.

Günün sonuncu oyunu - turun mərkəzi görüşü isə "İnter" və "Qarabağ" komandaları arasında keçiriləcək. Komandalar bugünədək 45 dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 20-də "Qarabağ" qələbə qazanıbsa, 10-da "İnter" 3 xala sevinib. Qalan 15 oyun isə bərabərliklə yekunlaşıb. Maraqlısı ondadır ki, "bankirlər" son 21 matçda yalnız 1 dəfə Qurban Qurbanovun rəhbərlik etdiyi komandaya qalib gəlib. "İnter" qələbə sayəsində Qəbələdə keçiriləcək oyunun nəticəsindən asılı olaraq 3-cü pilləyə şərik olacaqsa, "Qarabağ" 3 xalla turnir cədvəlindəki liderlik mövqeyini qoruyacaq.

Azərbaycan Premyer Liqası, XXIII tur

14:00. "Kəpəz" – "Sumqayıt"

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Kamran Bayramov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Rövşən Əhmədov

Gəncə şəhər stadionu

15:00. "Zirə" – "Neftçi"

Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Asim Xudiyev

Bakı. Zirə İdman Kompleksinin stadionu

15:00. AZAL – "Rəvan"

Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Murad Məmmədov

Bakı. AZAL Arena

17:00. "Qəbələ" – "Xəzər Lənkəran"

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Kərim Ağayev

Qəbələ. Qəbələ şəhər stadionu

18:00. "İnter" – "Qarabağ"

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Gülağa Cabarov

Bakı. "İnter Arena"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi