Azərbaycan Premyer Liqası: IX turun rəmzi komandası açıqlanıb

Azərbaycan Premyer Liqası: IX turun rəmzi komandası açıqlanıb Bakı. 31 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun rəmzi komandası müəyyənləşib.
Futbol
31 Oktyabr , 2018 12:59
Azərbaycan Premyer Liqası: IX turun rəmzi komandası açıqlanıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun rəmzi komandası müəyyənləşib.

“Report” Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, rəmzi heyətdə “Zirə”nin 4, “Neftçi”nin 3, “Sabah”ın 2, “Keşlə” və “Sumqayıt”ın 1 futbolçusu yer alıb. Səlahət Ağayev 5, Şəhriyar Əliyevlə Mirabdulla Abbasov 4, Dario Federiko 3, Denis Silva, İlkin Qırtımov və Sadio Tounkara isə 2-ci dəfə “11-liy”ə düşüb.

Qapıçı: Səlahət Ağayev (“Neftçi”) 

Müdafiəçilər: Tellur Mütəllimov (“Zirə”), Şəhriyar Əliyev (“Sumqayıt”), Denis Silva Kruz (“Keşlə”) , İlkin Qırtımov (“Zirə”) 

Yarımmüdafiəçilər: Sadio Tounkara (“Zirə”), Dario Federiko (“Neftçi”), Erik Ramos (“Sabah”), Bilal Həmdi (“Zirə”)

Hücumçular: Mirabdulla Abbasov (“Neftçi”), Cavid İmamverdiyev (“Sabah”)

Qeyd edək ki, rəmzi komanda “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi