Yuxarı

"Sumqayıt"dan Türkiyə klubuna transfer olunan futbolçu zədələnib

Uğur Pamukun adı qışda iştirak ərizəsinə daxil ediləcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan millisinin sabiq üzvü Uğur Pamuk Türkiyənin "Manisaspor" klubunun heyətində qış transfer pəncərəsinə qədər forma geyinə bilməyəcək. "Report"un məlumatına görə, buna səbəb futbolçunun adının sifariş ərizəsinə daxil edilməməsidir.

Komandanın son məşqlərindən birində zədələnən 27 yaşlı sabiq "Sumqayıt"lı İzmirdə əməliyyat olunub. Sol dizinin ön çarpaz bağları qopan futbolçu bu səbəbdən iştirak ərizəsində yer almayıb.

Rəhbərlik məşqlərdə özünü müsbət tərəfdən göstərən futbolçunun adının qışda iştirak ərizəsinə daxil ediləcəyini bildirib.

Qeyd edək ki, "Sumqayıt" klubunda çıxış edən Uğur Pamuk iyulda "Manisaspor"la 2 illik müqavilə imzalayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi