"Sumqayıt"dan Türkiyə klubuna transfer olunan futbolçu zədələnib

"Sumqayıt"dan Türkiyə klubuna transfer olunan futbolçu zədələnib Uğur Pamukun adı qışda iştirak ərizəsinə daxil ediləcək
Futbol
1398
8 Sentyabr , 2016 15:57
Sumqayıtdan Türkiyə klubuna transfer olunan futbolçu zədələnib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan millisinin sabiq üzvü Uğur Pamuk Türkiyənin "Manisaspor" klubunun heyətində qış transfer pəncərəsinə qədər forma geyinə bilməyəcək. "Report"un məlumatına görə, buna səbəb futbolçunun adının sifariş ərizəsinə daxil edilməməsidir.

Komandanın son məşqlərindən birində zədələnən 27 yaşlı sabiq "Sumqayıt"lı İzmirdə əməliyyat olunub. Sol dizinin ön çarpaz bağları qopan futbolçu bu səbəbdən iştirak ərizəsində yer almayıb.

Rəhbərlik məşqlərdə özünü müsbət tərəfdən göstərən futbolçunun adının qışda iştirak ərizəsinə daxil ediləcəyini bildirib.

Qeyd edək ki, "Sumqayıt" klubunda çıxış edən Uğur Pamuk iyulda "Manisaspor"la 2 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi