Azərbaycan millisinin sabiq futbolçusunun oğlu Gürcüstanda ilin oyunçusu seçilib

Azərbaycan millisinin sabiq futbolçusunun oğlu Gürcüstanda ilin oyunçusu seçilib Xviça Kvaratsxeliya Aleksandr Çivadze adına qızıl medala sahib olub
Futbol
28 Dekabr , 2017 15:23
Azərbaycan millisinin sabiq futbolçusunun oğlu Gürcüstanda ilin oyunçusu seçilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Gürcüstanda ilin oyunçusu seçilib.

“Report” Gürcüstan Futbol Federasiyasının (GFF) rəsmi saytına istinadən xəbər verir ki, Xviça Kvaratsxeliya 17 yaşadək futbolçular arasında bu ada layiq görülüb.

Tbilisi “Dinamo”sunun formasını geyinən 16 yaşlı yarımmüdafiəçi yeni təsis edilən Aleksandr Çivadze adına qızıl medalla təltif olunub. Medalı ona A.Çivadze ilə GFF-nin prezidenti Levon Kobiaşvili təqdim ediblər. O həmçinin 5 min lari (təqribən, 3 min manat) mükafat alıb.

2000/2001 mövsümündə “Turan”da çıxış etmiş Varlam Kilasoniya isə ilin məşqçisi seçilib. O, hazırda Rustavi "Metallurq"una rəhbərlik edir.

Qeyd edək ki, “Kəpəz” və “Şəmkir”in sabiq futbolçusu olan Badri Kvaratsxeliya 2000-ci ildə Azərbaycan millisinin heyətində 3 oyuna çıxıb. Veteran hücumçu 1999/2000 mövsümündə “Şəmkir” forması ilə vurduğu 16 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.

Son xəbərlər

Orphus sistemi