Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib - ƏLAVƏ OLUNUB

Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib - ƏLAVƏ OLUNUB Bakı. 7 fevral. REPORT.AZ/ FIFA dünya yığmalarının 2019-cu il üçün ilk reytinq siyahısını açıqlayıb.
Futbol
7 Fevral , 2019 12:54
Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib - ƏLAVƏ OLUNUB

Bakı. 7 fevral. REPORT.AZ/ FIFA dünya yığmalarının 2019-cu il üçün ilk reytinq siyahısını açıqlayıb.

“Report” xəbər verir ki, Azərbaycan millisi son siyahı ilə müqayisədə bir pillə geriləyib. Yığma yenə 1206 xalla 108-ci pillədə qalıb. 

Milli ötən ilin dekabrında açıqlanmış reytinq cədvəlindən bəri heç bir oyun keçirməyib. Ötən müddət ərzində Asiya kubokunun final mərhələsi, eləcə də azsaylı yoldaşlıq matçları baş tutub.

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiyanın da mövqeyi dəyişməz qalıb. Komanda 1634 xalla 4-cü sıradadır. Uels millisi də öz yerini qoruyub. Komanda 1525 xalla 19-cu sıradadır. Slovakiya isə 2 pillə geriləyərək 1483 xalla 29-cudur. Macarıstanın da mövqeyində dəyişiklik olub. Komanda 1 pillə geriləyərək 1412 xalla 52-ci yerdədir.

FIFA reytinqindəki ilk üç pillə isə dəyişməz qalıb. Siyahıya 1727 xalla Belçika başçılıq edir. Son dünya çempionu Fransa 1726 xalla ikinci, Braziliya 1676 xalla üçüncüdür.

Türkiyə yığması isə yeni reytinq cədvəlində iki pillə geriləyib. Qonşu ölkə 1443 xalla 41-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi