Yuxarı

Azərbaycan millisinin elit-raund üçün heyəti açıqlanıb

Millimizin heyəti açıqlandı

Avropa çempionatının elit-raund mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyəti açıqlanıb. 

"Report"un məlumatına görə, baş məşqçi Vüqar Məmməd 20 futbolçuya dəvət göndərib. Onlar martın 15-dən Rusiyanın Krasnodar şəhərində təlim-məşq toplanışına başlayacaq, daha sonra elit-raund qarşılaşmalarına çıxacaqlar. 

Martın 20-də rəqib Rusiya, martın 23-də İrlandiya, martın 26-da isə Rumıniya olacaq. İlk və son oyun Bakı vaxtı ilə saat 18:00-da, ikinci qarşılaşma isə saat 13:00-da başlanacaq. 

Millinin heyəti:

NAD, SOYADKLUB
1Nicat MehbaliyevQarabağ
2Nail AlışovNeftçi
3Rüstəm SamuqullinStroqina (Moskva, Rusiya)
4Elnur İbrahimovSpartak-2 (Moskva, Rusiya)
5İbrahim HüseynovQarabağ
6Zahid MərdanovSabah
7Rauf HüseynliQarabağ
8Rüstəm NuriyevQəbələ
9Vüsal MəsimovQəbələ
10Zamiq ƏliyevQarabağ
11Şakir SeyidovSabah
12İdris İnqilablıQəbələ
13Turan VəlizadəNeftçi
14Tural BayramovQarabağ
15Sərhad DaşdəmirAFC Fylde (İngiltərə)
16Elvin CəfərquliyevQarabağ
17Murad MahmudovFSV Frankfurt (Almaniya)
18Kamran QuliyevFK Jonova (Litva)
19Musa QurbanlıQarabağ
20Emil QasımovSabah
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi