Azərbaycan millisinin elit-raund üçün heyəti açıqlanıb

Azərbaycan millisinin elit-raund üçün heyəti açıqlanıb Avropa çempionatının elit-raund mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyəti açıqlanıb.
Futbol
11 Mart , 2019 18:14
Azərbaycan millisinin elit-raund üçün heyəti açıqlanıb

Avropa çempionatının elit-raund mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyəti açıqlanıb. 

"Report"un məlumatına görə, baş məşqçi Vüqar Məmməd 20 futbolçuya dəvət göndərib. Onlar martın 15-dən Rusiyanın Krasnodar şəhərində təlim-məşq toplanışına başlayacaq, daha sonra elit-raund qarşılaşmalarına çıxacaqlar. 

Martın 20-də rəqib Rusiya, martın 23-də İrlandiya, martın 26-da isə Rumıniya olacaq. İlk və son oyun Bakı vaxtı ilə saat 18:00-da, ikinci qarşılaşma isə saat 13:00-da başlanacaq. 

Millinin heyəti:

N AD, SOYAD KLUB
1 Nicat Mehbaliyev Qarabağ
2 Nail Alışov Neftçi
3 Rüstəm Samuqullin Stroqina (Moskva, Rusiya)
4 Elnur İbrahimov Spartak-2 (Moskva, Rusiya)
5 İbrahim Hüseynov Qarabağ
6 Zahid Mərdanov Sabah
7 Rauf Hüseynli Qarabağ
8 Rüstəm Nuriyev Qəbələ
9 Vüsal Məsimov Qəbələ
10 Zamiq Əliyev Qarabağ
11 Şakir Seyidov Sabah
12 İdris İnqilablı Qəbələ
13 Turan Vəlizadə Neftçi
14 Tural Bayramov Qarabağ
15 Sərhad Daşdəmir AFC Fylde (İngiltərə)
16 Elvin Cəfərquliyev Qarabağ
17 Murad Mahmudov FSV Frankfurt (Almaniya)
18 Kamran Quliyev FK Jonova (Litva)
19 Musa Qurbanlı Qarabağ
20 Emil Qasımov Sabah

Son xəbərlər

Orphus sistemi