Yuxarı
    Bağlamaq

    AZAL klubu "CBC Sport Kuboku"nda liderliyə yüksəlib

    Təyyarəçilər azlıqda I Divizion komandasını məğlub edib

    Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün futbol üzrə "CBC Sport Kuboku"nda III turun ilk oyunu keçirilib. "Report"un məlumatına görə, "Bayıl Arena"da AZAL və "Şərurspor" komandaları üz-üzə gəlib.

    Görüş Premyer Liqa təmsilçisinin qələbəsiylə yekunlaşıb - 3:2. Azlıqda olmasına rəğmən, 3-cü matçında ardıcıl 2-ci dəfə qalib gələn "təyyarəçilər" 6 xalla liderliyə yüksəliblər. "Şərurspor" isə 1 xalla 4-cü pillədə qalıb.

    Qeyd edək ki, turnirdəki digər komandalardan "Neftçi" 4 xalla 2-ci, "Neftçala" 2 xalla 3-cü, xalsız MOİK isə 5-ci pillədə qərarlaşıb.

    CBC Sport Cup , III tur

    13:00. AZAL - "Şərurspor" - 3:2 

    Qollar: Murad Səttarlı, 25. Elmin Çobanov, 29. Aleksandr Quruli, 80-penalti ilə - Rəhman Musayev, 35-penalti ilə. Elşən Məmmədov, 50

    Qırmızı vərəqə: İlqar Ələkbərov, 33 (AZAL)

    Bakı, "Bayıl Arena"

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi