Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün futbol üzrə "CBC Sport Kuboku"nda III turun ilk oyunu keçirilib. "Report"un məlumatına görə, "Bayıl Arena"da AZAL və "Şərurspor" komandaları üz-üzə gəlib.
Görüş Premyer Liqa təmsilçisinin qələbəsiylə yekunlaşıb - 3:2. Azlıqda olmasına rəğmən, 3-cü matçında ardıcıl 2-ci dəfə qalib gələn "təyyarəçilər" 6 xalla liderliyə yüksəliblər. "Şərurspor" isə 1 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, turnirdəki digər komandalardan "Neftçi" 4 xalla 2-ci, "Neftçala" 2 xalla 3-cü, xalsız MOİK isə 5-ci pillədə qərarlaşıb.
CBC Sport Cup , III tur
13:00. AZAL - "Şərurspor" - 3:2
Qollar: Murad Səttarlı, 25. Elmin Çobanov, 29. Aleksandr Quruli, 80-penalti ilə - Rəhman Musayev, 35-penalti ilə. Elşən Məmmədov, 50
Qırmızı vərəqə: İlqar Ələkbərov, 33 (AZAL)
Bakı, "Bayıl Arena"