Yuxarı

​AZAL klubu avrokuboklar üçün "Bayıl Arena"nı da sifariş edib

Təsnifat mərhələsinin oyunları Bayıl Arenada keçiriləcək

Bakı. 20 aprel. REPORT.AZ/ Bakının AZAL klubu avrokuboklar üçün ehtiyat stadion kimi "Bayıl Arena"nı sifariş edib. Bu barədə "Report"a klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib.

Onun sözlərinə görə, artıq stadionla müqavilə də bağlanılıb. İlkin təsnifat mərhələsinin oyunları Şüvəlanda yerləşən "AZAL Arena"da keçiriləcək. Komanda "pley-off"a və qrup mərhələsinə vəsiqə qazanacağı təqdirdə, rəqiblərini "Bayıl Arena"da qəbul edəcək.

Qeyd edək ki, AZAL hazırda Premyer Liqada 42 xalla 6-cı pillədə qərarlaşıb. "Zirə" və "İnter" avrokuboklara buraxılmayacağı təqdirdə, bu mövqe "təyyarəçilər"un avrokuboklara vəsiqə qazanmasına kifayət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi