​AZAL klubu avrokuboklar üçün "Bayıl Arena"nı da sifariş edib

​AZAL klubu avrokuboklar üçün "Bayıl Arena"nı da sifariş edib Təsnifat mərhələsinin oyunları "Bayıl Arena"da keçiriləcək
Futbol
411
20 Aprel , 2016 13:55
​AZAL klubu avrokuboklar üçün Bayıl Arenanı da sifariş edib

Bakı. 20 aprel. REPORT.AZ/ Bakının AZAL klubu avrokuboklar üçün ehtiyat stadion kimi "Bayıl Arena"nı sifariş edib. Bu barədə "Report"a klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib.

Onun sözlərinə görə, artıq stadionla müqavilə də bağlanılıb. İlkin təsnifat mərhələsinin oyunları Şüvəlanda yerləşən "AZAL Arena"da keçiriləcək. Komanda "pley-off"a və qrup mərhələsinə vəsiqə qazanacağı təqdirdə, rəqiblərini "Bayıl Arena"da qəbul edəcək.

Qeyd edək ki, AZAL hazırda Premyer Liqada 42 xalla 6-cı pillədə qərarlaşıb. "Zirə" və "İnter" avrokuboklara buraxılmayacağı təqdirdə, bu mövqe "təyyarəçilər"un avrokuboklara vəsiqə qazanmasına kifayət edir.

Son xəbərlər

Orphus sistemi