Bakı. 6 yanvar. REPORT.AZ/ “Sumqayıt” klubu heyətinə daha bir qapıçı cəlb edib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, son olaraq “Sabah”ın şərəfini qorumuş Aydın Bayramovla 1,5 illik müqavilə imzalanıb. 23 yaşlı qolkiper yeni komandasında 13 nömrəli formada çıxış edəcək.
"Sumqayıt" daha əvvəl "Neftçi"dən qapıçı Rəşad Əzizlini də heyətinə cəlb edib. Bundan başqa "Zirə"dən müdafiəçi Adil Nağıyevi alan "gənclik şəhəri" təmsilçisi Bəxtiyar Həsənalızadəni əks marşrutla göndərib.
Qeyd edək ki, Aydın Bayramov futbolçu karyerası ərzində “Rəvan”, MOİK və “Sabah” klublarının uğurları üçün çalışıb. Aydın həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandaya da cəlb olunub.
Daha əvvəl "Sumqayıt" futbol komandasının qış hazırlıq planı müəyyənləşib.