Yuxarı

​Bu gün Avropa çempionatının ilk yarımfinalçıları müəyyənləşəcək

Hər iki oyun Dalğa Arenada keçiriləcək

Bakı. 14 may. REPORT.AZ/ Bu gün 17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının ilk yarımfinalçıları müəyyənləşəcək.

"Report"un məlumatına görə, 1/4 final mərhələsinin ilk iki oyunu "Dalğa Arena"da olacaq.

Günün ilk qarşılaşmasında Azərbaycan millisinin yer aldığı A qrupunun lideri olaraq 1/4 finala vəsiqə qazanan Portuqaliya B qrupunun ikincisi olan Avstriyanı sınağa çəkəcək. Oyunu xorvatiyalı Fran Yoviç idarə edəcək.

İkinci yarımfinalçı isə B qrupunun qalibi Almaniya və A qrupunda ikinci olan Belçika yığması arasında keçiriləcək matçın qalibi olacaq. Bu görüşün baş hakimi islandiyalı Qunnar Yarl Yonssondir. 

U-17 Avropa çempionatı, 1/4 final

15:00. Portuqaliya – Avstriya

Baş hakim: Fran Yoviç (Xorvatiya)

Baş hakimin köməkçiləri: Marios Dimitriadis (Kipr), Georgi Todorov (Bolqarıstan)

Dördüncü hakim: Peter Kraloviç (Slovakiya)

UEFA nümayəndəsi: Lüdoviko Mikallef (Malta)

Hakim-isnpektor: Vladimir Antonov (Moldova)

"Dalğa Arena"

20:00. Almaniya – Belçika

Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)

Baş hakimin köməkçiləri: Balaj Buzas (Macarıstan), Lazaros Dimitriadis (Yunanıstan)

Dördüncü hakim: Petr Ardeleanu (Çexiya)

Hakim-isnpektor: Nikolay Levnikov (Rusiya)

"Dalğa Arena"

Qeyd edək ki, digər iki yarımfinalçı mayın 15-də keçiriləcək İsveç - Hollandiya, İspaniya - İngiltərə oyunundan sonra müəyyənləşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi