Avropa çempionatının hakimləri üçün seminar keçirilib

Avropa çempionatının hakimləri üçün seminar keçirilib Seminara rusiyalı mütəxəssis Nikolay Levnikovun rəhbərlik edib
Futbol
18 May , 2016 12:43
Avropa çempionatının hakimləri üçün seminar keçirilib

Bakı. 18 may. REPORT.AZ/ Bakıda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatının oyunlarına təyinat almış hakim və hakim-inspektorlar üçün seminar keçirilib. "Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, seminara rusiyalı mütəxəssis, beynəlxalq dərəcəli hakim-inspektor Nikolay Levnikov rəhbərlik edib.

Çempionatın oyunları zamanı baş vermiş mübahisəli epizodlar müzakirə olunub, oyun qaydalarındakı yeniliklər haqda məlumat verilib.

Tədbirdə Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan hakim və hakim-inspektorlar da iştirak edib.

Son xəbərlər

Orphus sistemi